Şriftin ölçüsü :

Saytın rəngi :

"DİNİMİZ MƏNƏVİ DƏYƏRİMİZDİR" - ŞƏMKİR GƏNCLƏRİ

30 avqust 2018 | 16:00

"DİNİMİZ MƏNƏVİ DƏYƏRİMİZDİR" - ŞƏMKİR GƏNCLƏRİ

Avqustun 30 “Böyük yol” gənclər ictimai birliyinin təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində “Dinimiz mənəvi dəyərimizdir” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəmkir RİH başçısı, rayon ziyalıları, ağsaqqal və dindalarları, müəllim və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Böyük yol” gənclər ictimai birliyinin sədri Kənan İbrahimov İslam dininin bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olduğunu deyib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərimizin üzərinə mühüm vəzifələr düşür.

Daha sonra tədbir iştirakçılarına “Din və Xurafat”, “Azərbaycanda İslam dəyərlərinə hörmət” mövzularınada qısa film nümayiş etdirilib.

Nümayişin ardınca çıxış edən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən söhbət açaraq bildirib ki, bəzi müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə vurulan zərbədir, gənclərimiz belə münaqişələrdə iştirak etməməli, milli-mənəvi dəyərlərimizi qorumaq üçün ayıq-sayıq olmalıdırlar.

Geniş müzakirə şəklində davam edən tədbirdə rayon ziyalıları və ağsaqqaları çıxış edərək bu mövzuda tədbirlərin təşkilinin gənclərimizin və eləcə də rayon ictimaiyyətinin maarifləndirilməsi üçün olduqca labüd olduğunu qeyd ediblər. Çıxış edən dindarlar mövzu ilə bağlı təkliflərini bildiriblər.

Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər