Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH KOLLEKTİVİ VUQAR MURADOVU TƏBRİK EDİR, YENİ İŞİNDƏ UĞURLAR ARZULAYIR!

30 avqust 2018 | 16:00

7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edildi.

16 avqust 2018-ci il tarixindən Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən Muradov Vüqar Ənvər oğlu 7 saylı Ərazi Hesablaşma Mərkəzinə rəis təyin edilib.

22 aprel 1973-cü ildə Şəmkir rayonun Düyərli kəndində anadan olan Vuqar Muradov Əmtəəşünaslıq Kommersiya İnstitutunu bitirib.
Ailəlidir, 3 övladı var.

Vuqar Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sector müdiri, baş mühasib vəzifəsində çalışıb.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi və bütün kollektivi Vuqar Muradovu təbrik edir, yeni işində uğurlar arzulayır!

 

Keçidlər