Şriftin ölçüsü :

Saytın rəngi :

Əlaqələndirmə komitəsinin iclası keçirilib

29 avqust 2018 | 16:00

Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır.

Bu gün ölkəmizdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb.

Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınması” ilə əlaqədar Şəmkir rayonunda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.

İclasda qeyri-rəsmi məşğulluq istiqamətində maarifləndirmə işlərinin artırılması, qeyri-kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən işəgötürənlərlə görüşlərin keçirilməsi, vətəndaşları qeydiyyatlı məşğulluğun üstünlükləri barədə məlumatlandırılması məsələləri müzakirə edilib.

.

 

Keçidlər