Şriftin ölçüsü :

Saytın rəngi :

YENİ AD, YENİ İCRA NÜMAYƏNDƏSİ - ŞƏMKİRDƏ DAHA BİR TƏYİNAT BAŞ TUTDU

27 avqust 2018 | 16:00

Şəmkirin Qədimqala (keçmiş adı Muxtariyyat) kəndinə yeni icra nümayəndəsi təyin edilib.

Bu gündən sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qədimqala inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində Əsgərov Əsgər Əmirxan oğlu çalışacaq.

Əsgər Əsgərov 8 may 1974-cü ildə Şəmkir rayonunun Qədimqala kəndində dünyaya gəlib. Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Ailəlidir, 3 övladı var.

Daha öncə Qədimqala bələdiyyəsində müavin vəzifəsində çalışan Əsgərov Əsgər Əmirxan oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Əsgər Əsgərovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər