Şriftin ölçüsü :

Saytın rəngi :

"MƏN ONLARA QƏHRƏMAN KİMİ BAXIRAM" - ALİMPAŞA MƏMMƏDOV

23 avqust 2018 | 16:00

Şəmkirin bütün kəndlərini qarış-qarış gəzib, insanlarla yaxın ünsiyyətdə olan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların rahatlığının təmin olunması bu gün ən vacib məsələlərdən hesab olunur.

Avqustun 23-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun daha bir səyyar qəbul-görüşü rayonun Qapanlı kəndində baş tutdu.

Yerli sakinlərlə səmimi söhbət edən icra başçısı əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.
Bildirdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

Respublikamızın regionlarının inkişafına xüsusi toxunan rayon İcra Hakmiyyətinin başçısı hazırda Şəmkirin də bu istiqamətdə ölkəmizdə xüsusi çəkisi olduğunu vurğulayıb: “Siz əmin olun ki, rayonumuzdakı bu inkişafın fədakarları siz şəmkirlilərsiniz. Sizin zəhmətinizin nəticəsidir ki, bu gün Şəmkir ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevirilib. Şəmkir sakinləri zəhmətkeş insanlardır. Mən bilirəm ki, siz şəmkirlilərlə hər işi baş ucalığı ilə görmək olar”.

İcra başçısı çıxışında xaricdə yaşayan şəmkirlilərə də səslənib: “Bu gün biz Şəmkirin inkişafı üçün xaricdə yaşayan iş adamlarımızla birlikdə çalışırıq. Hamı bilsin ki, onlar bizim fədakarlarımızdır. Mən onlara qəhrəman kimi baxıram. Çünki elindən, obasından, ailəsindən uzaqda çalışıb, ölkəmizin inkişafına dəstək olanlar həqiqətən də qəhrəmandırlar. Rayonumuzda müxtəlif sahələrə investisiya qoymaqdan əlavə, onların özləri üçün tikdikləri evlər belə Şəmkirin gözəlləşməsinə, inkişafına səbəb olur. Biz xaricdə yaşayan hər bir sakinimizə qucaq açmışıq və onlara hər zaman dəstək olmağa hazırıq. Çünki bu Cənab Prezident İlham Əliyev siyasətinin ayrılmaz hissəsidir.”

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Daha sonra problemlərdən danışan kənd sakinləri Qapanlı kəndində elektrikxətlərinin yenilənməsi və kəndaxili yolların təmir edilməsinə köməklik göstərilməsini xahiş etdilər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər