Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı Şəmkirdə qeyd olundu - iki nəfərə "FƏXRİ FƏRMAN" verildi
Bu gün Şəmkir rayonunda Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Xidmət əməkdaşlarının peşə bayramı tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi polkovnik leytenant Ağabala Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonar peşə bayramı münasibəti ilə toplantı keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi polkovnik leytenant Ağabala Hüseynov bütün XDMX işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonar Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin iki nəfər hərbi qulluqçusu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə mükafatlandırılıb.
"Fəxri Fərman"larıı rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov özü təqdim edib.
Şəmkir Rayon İcra Hakimiyyəti adından peşə bayramı münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinə hədiyyə də təqdim edilib.
Eyniz zamanda Xüsusi Dövlət Mühafizə Xidməti tərəfində İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi polkovnik leytenant Ağabala Hüseynov da daxil olmaqla xidmətin bir qrup əməkdaşlarına döş nişanları təqdim edilib.
3 hərbiçiyə isə xidmətlərini başa vurmaları münasibətilə hədiyyələr verilib.