Şriftin ölçüsü :

Saytın rəngi :

"SAHİBKARLAR ÜÇÜN YARADILAN MÜNBİT ŞƏRAİTİ XARİCDƏ YAŞAYAN BÜTÜN HƏMYERLİLƏRİMİZ BİLMƏLİDİR" - ŞƏMKİRLİ İŞ ADAMI

09 avqust 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Rusiya Federasiyasında yaşayan şəmkirli iş adamı Şahlar Novruzovla görüş keçirib.


Görüş zamanı İcra başçısı prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin Şəmkir üçün də bəhrələrindən danışıb. Qeyd edib ki, ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına bu gün Şəmkirdə də sahibkarlıq fəaliyyəti geniş vüsət alıb, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb.

Alimpaşa Məmmədov bildirib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib, nəticədə Şəmkirdə ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artıb.

Şəmkirli iş adamı Şahlar Novruzov isə öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib: “Sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şərait həqiqətən də tədqirəlayiqdir. Bunun üçün ölkə başçımıza və onun tapşırıqlarını layiqli yerinə yetirən sizlərə bir şəmkirli olaraq dərin təşəkkürümüzü bildiririk”.

Şahlar Novruzov bildirib ki, Rusiya Federasiyasında yaşayan şəmkirlilər rayonumuzun xoş sədasını hər zaman eşidir və bu onları çox sevindirir: “İnternet media vasitəsi ilə Şəmkir haqqında məlumatları tez-tez oxuyur və rayonumuzun uğurlarına çox sevinirik. Buna görə sizə ayrıca təşəkkürümüzü bildiririk. Eyni zamanda Şəmkirin Rusiya Federasiyasının böyük şəhərləri ilə iqtisadi və ticarət əlaqələrinin qurulduğunu da bilirik. Bu da rayonumuzun simasını dünyaya tanıdır. Bu işdə biz iş adamları da sizə dəstək olmalıyıq. Çünki burada görülən bütün işlər rayonumuz adınadır”.

Rusiyanın Krasnodar şəhərində fəaliyyət göstərən iş adamı onu da qeyd edib ki, bu gün onlar üçün Şəmkirdə açılan qapılar dünyanın heç bir yerində ola bilməz: “Xaricdə bizneslə məşğul olan bəzi şəmkirlilər rayonumuzda sahibkarlar üçün yaradılan şəraitlə bağlı məlumatları az idi. Artıq onlar rayonumuzda yaradılan bu münbit şərait haqqında bilməlidirlər. Biz bu haqda onlara ətraflı məlumat verəcəyik. Çünki xaricdə yaşayan iş adamlarımız da rayonumuzda belə şəaffaflıq olduğunu bildikdə onların da rayona investisya yatırmaqda maraqları artır. Şəmkirin inkişaf göz qabağındadır. Biz də məmuniyyətlə bu inkişafın bir parçası olmaq istəyirik. İnanıram ki, gələcəkdə Şəmkirimiz və şəmkirlilər üçün birlikdə daha böyük işlər görəcəyik”.

Görüşün sonunda tərəflər arasında son illər görülən işlər, gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı fakir mübadiləsi aparılıb.
Onu da qeyd edək ki, Şahlar Novruzov tanınmış iş adamı olmaqla yanaşı, Rusiyanın Krasnodar şəhərində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının rəhbərlərindən biri, Azərbaycan Diasporunun fəal üzvlərindəndir.

Keçidlər