Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirin ən ucqar kəndinə təbii qaz verildi

27 iyul 2018 | 16:00

Şəmkir rayonunun ucqar dağ kəndi Yeni Göyçə sakinləri daha bir sevinc yaşayıblar.

Belə ki, Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən magistiral yolda yeni salınmış 32 km asfalt örtüyündən sonra, yeni Göyçə kəndinə təbii qaz verilmişdir. Heç vaxtı mavi yanacaq verilməyən, hazırda 60 təsərrüfatı olan kəndə təbii qaz çəkilmiş və bununla əlaqədar açılış mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə, o cümlədən regionlarda sosial-iqtisadi sahələrdə görülən işlərdən, kəndlərdə əhalinin maddi güzəranının, həyat səviyyəsinin getdikcə yaxşılaşmasından danışmışdır. Şəmkir rayonunda da bununla əlaqədar həyata keçirilən tədbirlərdən danışan icra başçısı, qısa müddət ərzində bu kəndə çəkilmiş avtomobil yolunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Bu möhtəşəm avtomobil yolunun istifadəyə verildikdən sonra kəndə təbii qaz çəkilişinin əlamətdar bir hadisə olduğunu vurğulayan icra başçısı kənd sakinlərinin sevincinə şərik olduğunu diqqətə çatdırıb.

Mərasimdə çıxış edən kənd ağsaqqalları, uzun zaman ərzində kənddə təbii qaz olmadığını söyləmiş, onların həyatında mühüm hadisə olan bu günün xüsusilə əlamətdar olduğunu qeyd etmiş, onların yaşadığı kəndə mavi yanacağın verilməsinə görə ölkə başçısına, eləcə də bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonda Yeni Göyçə kəndinə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

 

 

 

Keçidlər