Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov növbəti səyyari qəbulu 12 iyul 2014 – cü il tarixdə Nərimanlı kəndində keçirmişdir.
Qəbulda rayonun Nərmanlı kənd sakinləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, rayonun hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
N. Veysov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən , əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.
Prezident cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Nazim Veysov kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Bu səyyari qəbulda 87 nəfər iştirak etmiş, 7 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir.
Kənd sakinləri tərəfindən qaldırılmış problemlərin bir qismi RİH Başçısının göstərişi ilə yerindəncə öz həllini tapmış, digər problemlərin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşlar dövlət başçısının siyasətindən və onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.