Şəmkirli məktəbli Xorvatiya Səfirliyində
23 iyul 2018 | 16:00
Şəmkirli məktəbli Aydan Hacıyeva Xorvatiyanın Azərbaycan Respublikasındakı səfirliyində qonaq olub.
Şəmkirli 14 yaşlı balaca qız Xorvatiya Səfirliyində qonaq olan zaman Müvəqqəti İşlər Vəkili Refik Şabanoviçlə görüşüb. Çox maraqlı söhbət zamanı Aydan Hacıyeva ingilis dilində "Sarı gəlin" mahnısını da səsləndirib. Aydanın savadı, gözəl səsi, Xorvatiyaya olan sevgisi və bu yaşda olan bir məktəblinin bu qədər dünyagörüşlü və məlumatlı olması Səfirlik tərəfindən çox heyrətlə qarşılanıb.
Qeyd edək ki, Refik Şabanoviç Aydan Hacıyevaya Səfirliklə əlaqə yaratdığı üçün dərin təşəkkürünü bildirib.