Şriftin ölçüsü :

Saytın rəngi :

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ŞƏMKİRLİLƏRƏ ƏRMAĞAN ETDİYİ BİNALARDA TİKİNTİ İŞLƏRİ YEKUNLAŞIR

19 iyul 2018 | 16:00

Ötən ilin avqustunda Cənab Prezident İlham Əliyev Şəmkirə gəlişi rayonun tarixinə daha bir qızıl hərflərlə yazılan səfər kimi düşdü.

Təsadüfi deyil ki, ölkə başçısı Şəmkirə son səfərində bildirdi ki, bu gün rayonun inkişafına çox böyük diqqət göstərilir: "Bu gün Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur."

Cənab Prezident İlham Əliyev rayonumuza səfərindən sonra Şəmkir şəhər sakinlərinin heç vaxt unutmayacağı bir sərəncəm da imzaladı.

Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait də ayırdı.

Hazırda həmin binanın tikinti işləri sürətlə davam etdirilir.

Sakinlər isə səbirsizliklə inşaatın sona çatacağı və yeni evlərinə qovuşacaqları günü gözləyirlər.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov binada aparılan tikinti işləri ilə tanış olub.
Görülən işlərdən razı qalan rayon rəhbərliyi bir sıra tapşırıq və tövsiyələr verib.
Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Mərkəzi Xəstəxananın yeni binasında da işin gedişatı ilə yaxından tanış olub.
İcra başçısına bildirilib ki, hazırda tikinti işləri sürətlə aparılır. Binanın örtük hissəsində tamamlama işləri yekunlaşıb. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. İş icraçısı bildirib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür.

Məlumat üçün qeyd edək ki, 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekalogiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir.

 

Keçidlər