Şriftin ölçüsü :

Saytın rəngi :

"XAHİŞ EDİRİK ONLARA DEYİN BİZİ 90-CI İLLƏRƏ QAYTARMASINLAR" - KÜR QƏSƏBƏ SAKİNLƏRİ

18 iyul 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü Kür qəsəbəsində keçirildi

Şəmkirin bütün kəndlərini qarış-qarış gəzib, insanlarla yaxın ünsiyyətdə olan rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların rahatlığının təmin olunması bu gün ən vacib məsələlərdən hesab olunur.

Kür qəsəbə sakinləri ilə görüş 10 iyul Gəncə hadisələrdə həlak olan polis zabitlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad eilməsi ilə başladı.
Görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.

Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.
İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Qəsəbə ağsaqqalları bildiriblər ki, bu gün Şəmkirdəki inkişaf hər bir rayon sakinini çox sevindirir. Sakinlər adından səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirən ağsaqqllar bu gün Şəmkirin hər yerində olduğu kimi Kür qəsəbəsində də vətəndaşlara verilən qiyməti yüksək qiymətləndiriblər.

59 yaşlı Quliyeva Tamella Cəbrayıl qızının çıxışı isə görüşdə iştirak edənləri təsirləndirib.

Qəsəbə sakini çıxışı zamanı Gəncə hadislərini sakinlər adından pisləyib və hər kəsi dövlətimizin, Prezidentimizin yanında olmağa sasləyib. Tamella Quliyeva ixtişaşlarda iştirak edənlərə də səslənib: “Xahiş edirik, onlara deyin bizi 90-cı illərə qaytarmasınlar”.

Görüş zamanı yaxın vaxtlarda yerli bağçalara təyinat alan gənc xanımlar onlara göstərilən etimada görə icra başçısına təşəkkür ediblər.

Digər çıxış edənlər də icra başçısından qəsəbəyə gələn yolların və məktəbin təmiri ilə bağlı köməklik edilməsini də xahiş ediblər.

Səyyar qəbul-görüşdə bəzi problemlər yerində həll olunub, bəzilərinin isə həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib.

Keçidlər