Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİLƏR GƏNCƏ HADİSƏLƏRİNİ QINAYIR VƏ DÖVLƏTİMİZİN YANINDA OLDUQLARINI BİLDİRİRLƏR

11 iyul 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun qəsəbə və kəndlərində səyyar qəbul-görüşləri keçirilir, insanları narahat edən problemlər yerindəcə öyrənilir.

Növbəti səyyar qəbul rayonun Sarıtəpə kəndində keçirilib.

Əvvəlcə ötən gün Gəncədə qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək iyulun 10-da Gəncədə baş verən hadislərə toxunub: “Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir, terrordur. Buna cəhd edən insanlar isə heç vaxt öz çirkin niyyətlərinə çatmayacaqlar. Artıq Gəncədə asayiş bərpa olunub. Hüquq-mühafizə orqanları günahkar şəxslərin istintaqını aparır və onlar layiq olduqları cəzanı alacaqlar. Bu terroru törədən və onlara dəstək verən insanlar da bilməlidir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli Prezidenti var, Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycanda heç vaxt sabitliyi, asayişi pozmaq olmaz. Azərbaycan öz yolu ilə irəliləyəcək və hər zaman xalqımız təhlükəsiz yaşayacaqdır".

Sakinlərlə səmimi söhbət edən Alimpaşa Məmmədov görüş zamanı respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışıb danışdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir.

Respublikamızın regionlarının inkişafına xüsusi toxunan rayon İcra Hakmiyyətinin başçısı hazırda Şəmkirin də bu istiqamətdə ölkəmizdə xüsusi çəkisi olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib.

Görüş zamanı Sarıtəpə kənd sakinləri Gəncə hadisələrini qınayıb, bütün şəmkirlilərin dövlətimizin yanında olduğunu vurğulayıblar.
Kənd ağsaqqalı Cəfərov Akif Qəmbər oğlu bildirib ki, bütün Sarıtıpə sakinləri adından Gəncədə baş verən hadisələri pisləyirik: “Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Bu gün biz sürətli inkişaf edən və təhlükəsiz bir Azərbaycanın vətəndaşlarıyıq. Ölkəmizin sabitliyini heç kim poza bilməz. Biz şəmkirli olaraq hər zaman cənab Prezidentimizin, dövlətimizin yanındayıq. Azərbaycan dövləti, dövlətçiliyi təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir”.

Daha sonra problemlərdən danışan digər sakinlər Sarıtəpə kəndində kəndaxili yolların təmir edilməsinə, və su problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər