ŞƏMKİR MƏNZİL İSTİSMAR KONTORUNUN YENİ GƏNC RƏİSİ
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.
Bunun nəticəsidir ki, Şəmkirdə gənclər öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.
Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Süleymanlı Üzeyir İlham oğludur.
11 fevral 1991-ci ildə Şəmkir şəhərində dünyaya gələn Üzeyir Süleymanlı Qafqaz Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirib. Ailəlidir, 1 övladı var.
Süleymanlı Üzeyir İlham oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir şəhər Mənzil istismar kontorunun rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 27 yaşlı gənc daha öncə Şəmkir şəhər Mənzil istismar kontorunda müavin vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Üzeyir Süleymanlını təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!