ŞƏMKİRDƏ ÖDƏNİŞSİZ GÖZ MÜAYİNƏSİ VƏ EYNƏK PAYLAŞIMI HƏYATA KEÇİRİLİR
Bu gün Yaponiyanın “Fuci Optikal”şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana 14-cü missiyasına başlayıb.
Missiya BMT QAK tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq şəraitində qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirilir.
Şəmkir şəhəri Nizami Gəncəvi adına orta məktəbdə təşkil edilən müayinəni Fuci Optikal şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış yapon alimi Doktor Akio Kananinin rəhbərlik etdiyi altı nəfər optometrist mütəxəssisdən tərəfindən aparılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün tibbi müayinə ilə yaxından tanış olub.
İcra başçısı BMT nümayəndələrinə və Doktor Akio Kananinə, optometristlərə şəmkirlilər adından dərin minnətdarlığı bildirib .