Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİB

06 iyul 2018 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda dövlət gənclər siyasətinin həyat keçirilməsi istiqamətində bir çox uğurlu işlər görülüb. Buna misal olaraq bu yaxınlarda 4 yaşını qeyd etdiyimiz Zəka Gənclər Mərkəzidir. Bununla yanaşı Respublikada pilot layihə olaraq ilk dəfə Şəmkir rayonunda icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Gənc Həkimlər Birliyi”, “Gənc Müəllimlər Birliyi” və “Gənc Tərbiyəçilər Birliyi” yaradılıb.

Və nəhayət 2017-ci il fevralın 2-də, Ulu öndərin gəncliyə ərmağan etdiyi “Gənclər günü”ndə Şəmkir rayonunda fəaliyyət göstərən ictimai birliklərin bir araya gəldi.

Elə həmin gün Ulu öndər irsinin öyrənilməsi yolu – “Böyük Yol” Gənclərin İctimai Birliyi təsis edilidi. İyunun 29-u tarixi isə “Böyük Yol” Gənclərin İctimai Birliyi Dövlət qeydiyyatına alınması və Şəmkir gəncliyinə yeni bir nəfəsin verilməsi ilə nəticələdi.

Cari ilin iyulun 5-də isə “Böyük Yol” Gənclərin İctimai Birliyinə yeni sədr seçildi. Birlik üzvləri idarə heyətinin yeni sədr seçilməsini təntənəli şəkildə qeyd etdilər.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edirdi.
“Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

İcra başçısı bildirib çıxışına Ulu Öndər Heydər Əliyevin bu kəlamı ilə başlayıb. Bildirib ki, Ümummilli liderin bu sözləri hər birimiz üçün önəmli bir yoldur. Bu yolla gələcəyə addımlayırıq: “Bu yol Ulu Öndər yoludur”.

Alimpaşa Məmmədov daha sonra Şəmkir gəncliyinə səslənib və onlara dövlətimizin apardığı gənclər siyasətinin önəmindən danışıb: “Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur”.

İcra başçısı bildirib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Şəmkir gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.”

İcra başçısı görüş zamanı Şəmkirdən fəaliyyət göstərən gənclər təşkilatlarının xidmətlərini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Görüşün sonunda “Böyük Yol Gənclərin İctimai Birliyinin yeni sədri tədbir iştirakçılarına təqdim edilib. “Böyük Yol” Gənclərin İctimai Birliyinə artıq buna qədər “Gənc Müəllimlər Birliyi”nin sədri olan Kənan İbrahimov rəhbərlik edəcək.

Şəmkir Rayon İcra Hakmiyyətinin kollektivi adından biz də Kənan İbrahimovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər