Şriftin ölçüsü :

Saytın rəngi :

"DÖVLƏTİMİZİN BELƏ QAYĞISINI GÖRMƏK BİZİ QÜRURLANDIRIR" - “İlin Gənc Lideri-Şəmkir 2018” mükafatının qalibləri

06 iyul 2018 | 16:00

İyulun 5-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 2018-ci ilin ən fəal məktəbliləri, “İlin Gənc Lideri- Şəmkir 2018” mükafatının qalibləri ilə görüş keçirib.

İlin gənc liderlərini salamlayan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bü gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir: “İlin Gənc Lideri- Şəmkir 2018” mükafatı da bu işlərin bir parçası olaraq rayonumuzda ən fəal məktəblilərə verirlir. Siz seçilmişlərsiniz, siz öz qabiliyyətinizi sübut etmiş gənc liderlərsiniz. Bu gün sizin sayınız iyrimidirsə, sabah yüz olacaq”.

Öz növbəsində şagirdlər də onlara göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etdilər və bildirdilər ki, gələcəkdə Şəmkiri olduqları hər yerdə uğurla təmsil edəcək, vətənimizə, dövlətimizə layiqli gənclər olacaqlar.

Məktəblilər “İlin Gənc Lideri-Şəmkir 2018” mükafatına layiq görüldükləri üçün qürur hissi keçirdiklərini bildiriblər: “İlk dəfədir ki, bizim hansısa bir qabiliyyətimizə belə yüksək qiymət verilir. Dövlətimizin qayğısını görmək bizi həm sevindirir, həm də qürurlandırır. Çünki yaşımızın az olmasına baxmayaraq, özümüzü artıq cəmiyyətin bir parçası kimi hiss edirik. Həm də seçilmiş bir parçası”.

Keçidlər