İCRA BAŞÇISI GÖRÜŞ KEÇİRİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüş keçirib.
Görüşün məqsədi yaxın gələcəkdə Şəmkir rayonu ərazisində yaşayan qaçqın və məcburi köçkünlər üçün inşa edilməsi nəzərdə tutulan çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı müzakirələr olub.
İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib. İcra başçısı qaçqın və məcburi köçkünlər üçün inşa edilməsi nəzərdə tutulan çoxmənzilli yaşayış binasının tikilməsini xoş təşəbbüs adlandırıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikinti və Təmir şöbəsinin müdiri Rövşən Əlvəndov göstərilən diqqətə görə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib.
Daha sonra tərəflər arasında qaçqın və məcburi kökünlər üçün gələcəkdə tikilməsi nəzərdə tutulan çoxmənzilli yaşayış binası haqqında müzakirələr aparılıb.