KMK-ya YENİ RƏİS TƏYİN EDİLDİ
03 iyul 2018 | 16:00
Şəmkirdə yeni kadr təyinatı baş tutub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Hacıyev Teymur Vaqif oğlu Şəmkir Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Teymur Hacıyev daha öncə Şəmkir şəhər Mənzil İstismar Kontorunun rəisi vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Teymur Hacıyevi təbrik edir, işlərində uğurlar arzulayırıq!