Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir

02 iyul 2018 | 16:00

"Azərbaycan polisinin şanlı ənənələrini layiqincə davam etdirərək şərəf bayrağını qürurla daşıyacaqlarına inanırıq"

Bu gün Şəmkir rayonunda Azərbaycan Polisinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon Poliş Şöbəsinin rəisi, polis polkovniki Cəmil Əmirov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları, Şəmkir polisinin idarə və xidmət rəisləri, məsul əməkdaşları əlamətdar tarix münasibəti ilə Şəmkir şəhərinin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.
Tədbirdə polis polovnik-leytenantı Yaşar Hüseynov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Cəmil Əmirova raport verib.

Tədbiri giriş sözü ilə açan polis polkovniki Cəmil Əmirov çıxış edərək demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan edildiyini, vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanlarının bu peşə bayramını da böyük ruh yüksəkliyi və xidmətdə əldə etdiyi uğurlarla qarşıladığını diqqətə çatdırıb.

Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu xatırladan Cəmil Əmirov DİN və onun təşkilati strukturu olan polis orqanlarının 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını bildirib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bütün Azərbaycan polisini təbrik edərək bildirib ki, müstəqillik illərində ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir

Çıxışını davam etdirən icra başçısı diqqətə çatdırıb ki, İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
Alimpaşa Məmmədov bildirib ki, möhtərəm Prezidentimizin əvəzsiz diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

İcra başçısı Şəmkir rayonunda da daxili işlər orqanlarının yüksək fəaliyyətinə görə dərin təşəkkürünü bildirib və rayonda sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub-saxlanılması, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi yolunda onlara uğurlar arzulayıb: “Hər birimiz Azərbaycan polisinin şanlı ənənələrini layiqincə davam etdirərək şərəf bayrağını qürurla daşıyacaqlarına inanırıq”.

Tədbirin sonunda veteran polislərə hədiyyələr verilib.

Keçidlər