Şəmkirdə növbəti əmək yarmarkası keçiriləcək
12 sentyabr 2024 | 16:12
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Yarmarkada 18 işəgötürən tərəfindən 120-dən artıq vakansiya təqdim olunacaq.
Yarmarkaya gələn işsiz və işaxtaran şəxslərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Əmək yarmarkası 17 sentyabr 2024-cü iı saat 11:00-da Şəmkir şəhəri, Şəmkir Olimpiya İdman Kompleksində başlayacaq.