Şəmkirdə növbəti əmək yarmarkası keçiriləcək
18 noyabr 2026 | 14:21
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filalının təşkilatçılığı və Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Tədbirdə 10-dan çox işəgötürən tərəfindən 80-dən artıq vakansiya təqdim olunacaq. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Yarmarka 19 noyabr 2026-cı il saat 11:00-da Şəmkir Olimpiya İdman Kompleksində başlayacaq.






