Şəmkirdə növbəti əmək yarmarkası keçiriləcək - 12 mart 2025-ci il
10 mart 2025 | 20:12
Şəmkir Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Şəmkir şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Yarmarkada 12 işəgötürən tərəfindən 105 vakansiya təqdim olunacaq.
Yarmarkaya gələn işsiz və işaxtaran şəxslərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Əmək yarmarkası 12 mart 2025-ci il saat 11:00-da Şəmkir şəhəri, Şəmkir Olimpiya İdman Kompleksində başlayacaq.