Şəmkirdə iş var! - 30 noyabr 2024
30 noyabr 2024 | 10:57
Xüsusilə Qapanlı, Qaracəmirli, Dəllər Daşbulaq kəndlərin və Şəmkir şəhər sakinlərinin nəzərinə aşağıdakı vakansiyaları təqdim edirik.
Şəmkir rayon İcra Hakimiyyəti Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsi ilə birlikdə informativ xarakterli layihəyə icra edir.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemlərindən, vakansiya bankından əldə edilmiş məlumatlar əsasında Şəmkir rayonunda mövcud olan vakant iş yerləri, vəzifələrə dair tələblər haqqında mütəmadi məlumatlar verilir.
Layihənin məqsədi işsiz və işaxtaran vətəndaşları aktiv vakansiyalar haqqında məlumatlandırmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Təqdim edilmiş vakant iş yerləri haqqında maraqlanan vətəndaşlardan Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsinə müraciət etmələri xahiş olunur.
Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 11, telefon: (022) 305 30 06
“OBA Market” MMC (Qaracəmirli və Dəllər Daşbulaq kəndlərində yerləşən mağazalar)
Satıcı-kassir – vakansiyaya 20-35 yaş arasında olan, kompüterdən istifadə üzrə ilkin bacarıqlara malik olan namizdələr müraciət edə bilər;
Fərdi sahibkar Musayev Məhərrəm Musa oğlu (Qapanlı kəndində istixana təsərrüfatı)
Operator – vakansiyaya tam orta təhsilli, istixananın istilik sisteminin idarə olunması üzrə təcrübəsi olan namizədlər müraciət edə bilər.
“𝐈̇𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥” 𝐐𝐒𝐂 (𝐁𝐚𝐧𝐤 𝐎𝐥𝐦𝐚𝐲𝐚𝐧 𝐊𝐫𝐞𝐝𝐢𝐭 𝐓ə𝐬̧𝐤𝐢𝐥𝐚𝐭ı)
Kredit mütəxəssisi – vakansiyaya 20-35 yaş arasında olan, ali və ya orta ixtisas təhsilli, kompüterdən istifadə üzrə ilkin bacarıqlara malik olan namizdələr müraciət edə bilər;
“𝐆𝐋” 𝐀𝐒𝐂 (𝐁𝐚𝐧𝐤 𝐎𝐥𝐦𝐚𝐲𝐚𝐧 𝐊𝐫𝐞𝐝𝐢𝐭 𝐓ə𝐬̧𝐤𝐢𝐥𝐚𝐭ı)
Kredit mütəxəssisi – vakansiyaya 20-35 yaş arasında olan, ali və ya orta ixtisas təhsilli, kompüterdən istifadə üzrə ilkin bacarıqlara malik olan namizdələr müraciət edə bilər;
“𝐀𝐓𝐒 𝐅𝐨𝐨𝐝” 𝐌𝐌𝐂 (𝐜̧𝐨̈𝐫ə𝐤 𝐢𝐬𝐭𝐞𝐡𝐬𝐚𝐥ı 𝐦𝐮̈ə𝐬𝐬𝐢𝐬ə𝐬𝐢)
Yük maşını sürücüsü – vakansiyaya 30-50 yaş arasında olan, BC kateqoriyalı sürücülük vəsiqəsinə və yük maşınının idarə olunması üzrə təcrübəyə malik olan namizdələr müraciət edə bilər.