Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə iş var! 18 noyabr 2024

18 noyabr 2024 | 15:57
 
Xüsusilə Zəyəm qəsəbəsi, Sabirkənd, Zəyəm Cırdaxan, Düyərli və digər ətraf kəndlərin sakinlərinin nəzərinə aşağıdakı vakansiyaları təqdim edirik.
Şəmkir rayon İcra Hakimiyyəti Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsi ilə birlikdə informativ xarakterli layihəyə icra edir.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemlərindən, vakansiya bankından əldə edilmiş məlumatlar əsasında Şəmkir rayonunda mövcud olan vakant iş yerləri, vəzifələrə dair tələblər haqqında mütəmadi məlumatlar verilir.
Layihənin məqsədi işsiz və işaxtaran vətəndaşları aktiv vakansiyalar haqqında məlumatlandırmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Təqdim edilmiş vakant iş yerləri haqqında maraqlanan vətəndaşlardan Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsinə müraciət etmələri xahiş olunur.
Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 11, telefon: (022) 305 30 06
“𝐙ə𝐲ə𝐦 𝐓𝐞𝐱𝐧𝐨𝐥𝐨𝐠𝐢𝐲𝐚𝐥𝐚𝐫 𝐏𝐚𝐫𝐤ı” 𝐀𝐒𝐂
İnformasiya texnologiyaları üzrə mütəxəssis – vakansiyaya 25-40 yaş arasında olan, ali təhsilli və minimum 1 il iş təcrübəsi olan namizdələr müraciət edə bilər;
Tornaçı – vakansiyaya 25-50 yaş arasında olan, tam orta təhsilli namizədlər müraciət edə bilər;
Çilingər – vakansiyaya 25-50 yaş arasında olan, tam orta təhsilli namizədlər müraciət edə bilər;
“𝐒𝐎𝐂𝐀𝐑 𝐏𝐞𝐭𝐫𝐨𝐥𝐢𝐮𝐦” 𝐐𝐒𝐂 (Yanacaq doldurma məntəqəsi)
Keçidlər