Şəmkirdə iş var! -08 yanvar 2025
08 yanvar 2025 | 12:18
Xüsusilə Zəyəm qəsəbəsi, Sabirkənd, Bayramlı, Zəyəm Cırdaxan və Düyərli kəndlərinin sakinlərinin nəzərinə aşağıdakı vakansiyaları təqdim edirik.
Şəmkir rayon İcra Hakimiyyəti Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsi ilə birlikdə informativ xarakterli layihə icra edir.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemlərindən, vakansiya bankından əldə edilmiş məlumatlar əsasında Şəmkir rayonunda mövcud olan vakant iş yerləri, vəzifələrə dair tələblər haqqında mütəmadi məlumatlar verilir.
Layihənin məqsədi işsiz və işaxtaran vətəndaşları aktiv vakansiyalar haqqında məlumatlandırmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Təqdim edilmiş vakant iş yerləri haqqında maraqlanan vətəndaşlardan Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsinə müraciət etmələri xahiş olunur.
Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 11, telefon: (022) 305 30 06
“Zəyəm Texnologiyalar Parkı” MMC
Maliyyə mütəxəssisi – vakansiyaya ali təhsilli, müvafiq sahədə 2 il təcrübəsinə və kompüter biliklərinə malik olan 25-35 yaşlı namizədlər müraciət edə bilər;
CNC tornaçı – vakansiyaya ali təhsilli, müvafiq sahədə 2 il təcrübəsinə malik olan 25-35 yaşlı namizədlər müraciət edə bilər;
Tornaçı – vakansiyaya ali təhsilli, müvafiq sahədə 2 il təcrübəsinə malik olan 25-35 yaşlı namizədlər müraciət edə bilər;
Mühəndis texnoloq – vakansiyaya ali təhsilli, 25-50 yaş arasında olan namizədlər müraciət edə bilər.