Şəmkirdə iş var! -06 dekabr 2024
06 dekabr 2024 | 10:07
Xüsusilə Qapanlı, Qaracəmirli kəndlərinin və Şəmkir şəhər sakinlərinin nəzərinə aşağıdakı vakansiyaları təqdim edirik.
Şəmkir rayon İcra Hakimiyyəti Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsi ilə birlikdə informativ xarakterli layihəyə icra edir.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin informasiya sistemlərindən, vakansiya bankından əldə edilmiş məlumatlar əsasında Şəmkir rayonunda mövcud olan vakant iş yerləri, vəzifələrə dair tələblər haqqında mütəmadi məlumatlar verilir.
Layihənin məqsədi işsiz və işaxtaran vətəndaşları aktiv vakansiyalar haqqında məlumatlandırmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Təqdim edilmiş vakant iş yerləri haqqında maraqlanan vətəndaşlardan Dövlət Məşğulluq Agentliyinin Şəmkir rayon xidmət şöbəsinə müraciət etmələri xahiş olunur.
Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 11, telefon: (022) 305 30 06

𝐀𝐪𝐫𝐨𝐧𝐨𝐦 – vakansiyaya ali təhsilli, 25-50 yaş arasında olan namizədlər müraciət edə bilər;
𝐌𝐮̈𝐡𝐚𝐟𝐢𝐳ə𝐜̧𝐢 – vakansiyaya 18-55 yaş arasında olan namizədlər müraciət edə bilər;
𝐐𝐞𝐲𝐝𝐢𝐲𝐲𝐚𝐭𝐜̧ı – vakansiyaya tam orta təhsilli, kompüterdən istifadə üzrə ilkin bacarıqlara malik olan 20-40 yaş arası kişi və qadın namizədlər müraciət edə bilər.

𝐅ə𝐡𝐥ə – vakansiyaya 18-40 yaş arasında olan namizdələr müraciət edə bilər. İş saatları 9:00-dan 18:00-dək olmaqla həftədə 5 gün təşkil edir.