Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Festival keçiriləcək!

02 iyul 2025 | 16:38

Əziz Şəmkirlilər!
Şəmkir Rayon İcra Hakimiyyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərində Aqrar Biznes Festivalı keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd respublikanın ən böyük aqrar bölgəsi olan Şəmkir rayonun kənd təsərrüfatı sahəsində potensialını nümayiş etdirmək, fermerləri innovativ həllərə əsaslan texnoloji yeniliklərlə bağlı məlumatlandırmaq, dövlət və özəl qurumlar arasında əməkdaşlığı gücləndirmək, bu sahədə fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsini təmin etməkdir.
Festival 3 iyul saat 15:00-da Şəmkir şəhərinin Mərkəzi Parkında start götürəcək və incəsənət ustalarının konsert proqramı ilə davam edəcək.
Festivala 𝐠𝐢𝐫𝐢𝐬̧ 𝐬ə𝐫𝐛ə𝐬𝐭𝐝𝐢𝐫.
Hər birinizi tədbirdə iştirak etməyə dəvət edirik.

Keçidlər