Şəmkirdə ənənəvi “Zəfər Marafonu” keçiriləcək.
Noyabrın 3-də Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş ənənəvi “Zəfər Marafonu” təşkil ediləcək.
Saat 10:00-da START götürəcək marafonda Şanlı Qələbəmizə dəstək olmaq istəyən hərkəs iştirak edə bilər.
Qaçışa qoşulmaq istəyənlər noyabrın 3-ü saat 09:00-da Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən Bayraq Meydanının yanında olmalı, sıra nömrələrini əvvəlcədən götürməlidir.
“Zəfər Marafonu”nda
1-ci,
2-ci və
3-cü yeri tutan iştirakçılara RİH tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.
𝐐𝐄𝐘𝐃: İdman formasında və idman ayaqqabısında olmaq şərtdir!
Ətraflı məlumat üçün (+99470) 2570071 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.






