Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Əmək Yarmarkası keçiriləcək

19 may 2026 | 09:49

Qazax-Tovuz Regional Məşğulluq filalının təşkilatçılığı və Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

Tədbirdə 10-dan çox işəgötürən tərəfindən 100-dən artıq vakansiya təqdim olunacaq. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Yarmarka 22 may 2026-cı il saat 11:00-da Şəmkir Olimpiya İdman Kompleksində başlayacaq.

Ünvan: Şəmkir şəhəri, İpək yolu №1

Keçidlər