Şəmkirdə “Azərlotereya Şans Karvanı” yay kampaniyası çərçivəsində əyləncəli tədbir keçiriləcək.
14 avqust 2025 | 16:22
16 Avqust 2025-ci il saat 14:00-da Şəmkir Şəhər Parkında “Azərlotereya Şans Karvanı” adlı yay kampaniyası çərçivəsində rəngarəng və əyləncəli tədbir keçiriləcək. Musiqili şou-proqram, maraqlı oyunlar və bol hədiyyələr iştirakçıları gözləyir.
Tədbirin xüsusi qonağı sevilən müğənni Damla olacaq. Saat 19:00-da isə konsert proqramı baş tutacaq.






