Şəmkir şəhər Bayraq Meydanında Novruz bayramı tədbiri keçiriləcək
16 mart 2026 | 14:31
Martın 17-də Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir rayonu üzrə təhsil sektoru və Şəmkir rayonu üzrə mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhər Bayraq Meydanında (Gənclər Evinin qarşısı) Novruz şənliyi keçiriləcək.
Saat 12:00-da başlayacaq tədbirdə bayram sərgisi, canlı musiqilər, şou proqramlar nümayiş olunacaq, ənənəvi bayram tonqalı qalanacaq.
Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri və uşaqlar üçün əyləncəli proqramlarla davam edəcək.
Hər biriniz dəvətlisiniz.
Bayramınız mübarək! 🌸🔥






