Seçki məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır
Qüvvədə olan qanunvericiliyə əsasən, seçki məntəqələrinin yerləşdiyi binada yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasına görə həmin müəssisənin, təşkilatın rəhbəri məsuliyyət daşıyır;
Seçki məntəqələrinin yerləşdiyi binada köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır;
Seçki məntəqələrinin yerləşdiyi binada işin sonunda təyinatından asılı olmayaraq nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları şəbəkədən ayrılmalıdır;
Elektrik xətləri və uzadıcıları həddindən artıq yüklənməməlidir!
Seçki məntəqələri ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
Seçki məntəqələrində standartlara uyğun olmayan elektrik avadanlıqlarından istifadə etmək olmaz;
Seçki məntəqələrinin üzvləri binanın təxliyyə yollarını, su hovuzunun, daxili yanğın su kranlarının yerini əvvəlcədən öyrənib yadda saxlamalıdırlar;
Seçki məntəqələrində elektrik avadanlıqlarını işlək vəziyyətdə nəzarətsiz qoymaq qadağandır.
Yanğın zamanı davranış qaydaları:
Yanğın baş verdikdə dərhal “112” qaynar xəttinə zəng vuraraq xəbər verin, ətrafdakıları xəbərdar edin;
Mümkündürsə, yanğını söndürməyə çalışın, yanğını odsöndürən balonla, palaz, keçə, qum və su ilə söndürmək olar;
Yanğın zamanı qapı və pəncərələri açmaq olmaz;
Yanğın zamanı elektrik cərəyanı olan yerləri su ilə söndürmək olmaz;
Yanğınsöndürmə vasitələrinin təyinatını və onlardan istifadə etməyi öyrənin;
Tüstüdən qorunmaq üçün ağız və burnu nəm dəsmalla bağlayın;
Döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan tüstülənmiş otaqda əyilərək və ya sürünərək hərəkət edin;
Yanğınla mübarizə apara bilmirsinizsə və həyətə cəld çıxış imkanı varsa, sənəd və qiymətli əşyaları götürərək dərhal həyətə çıxın.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı