Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərimizin nəzərinə!

07 oktyabr 2022 | 11:11

Bildiyiniz kimi, Şəmkir rayonunda aparılan abadlıq-quruculuq işlərinin bir parçası olaraq hazırda şəhərimizin hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülür.

Belə ki, şəhərimizin mərkəzi küçələrində rənglənmə işləri aparılır, köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənir, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənir.

Əziz sakinlərimiz,

Məlumat üçün bildirik ki, hazırda bu istiqamətdə Səməd Vurğun küçəsində işlər yekunlaşıb və Həzi Aslanov küçəsində rəngləmə işləri başlayacaqdır.

Görülən işlərlə əlaqədar şəhərimizin H.Aslanov küçəsində mərhələli şəkildə nəqiliyyatın hərəkətində məhdudiyyətlər olacaq.

Keçidlər