SAKİNLƏRİMİZİN NƏZƏRİNƏ!
“Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin verdiyi məlumata əsasən, diametri 1200/1020 mm olan "Qazməmməd–Qazax II xətti" və diametri 1020 mm olan "Qazax–Saquramo" magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədar 5 avqust tarixindən 20 avqust tarixinədək Kür qəsəbəsi və Bayramlı QPS-dən qidalanan ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar qeyd olunan müddətdə Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun qəsəbəsi, Mahmudlu, Yeniabad, Xuluf, Qapanlı və Bayramlı kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.
Sakinlərdən yaranacaq müvəqqəti narahatlığı anlayışla qarşılamaları, qeyd olunan müddəti nəzərə almaları və qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.






