𝐏𝐞𝐬̧ə𝐥ə𝐫 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥ı𝐧ı𝐧 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐝𝐚𝐲𝐚𝐧𝐚𝐜𝐚𝐠̆ı 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐨𝐥𝐚𝐜𝐚𝐪
Əziz Şəmkirlilər!
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Şəmkirdə olacaq.
“Peşəni peşəkardan soruş” devizi ilə keçiriləcək festivalın əsas məqsədi sürətlə dəyişən əmək bazarında şagirdlərin, tələbələrin, ümumilikdə gənclərin peşələrə marağının artırılması, onların peşəyönümü məsləhət xidməti ilə əhatə olunmaqla düzgün peşə seçiminin təmin olunması, eləcə də peşələrə dair əyani təsəvvür yaratmaqdır.
Festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə edəcəksiniz.
Həmçinin robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqlarının təmiri, yardım masası, Uİ\UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf\videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən keçiriləcək təqdimat və vorkşoplarda, eləcə də əyləncəli viktorinalar və konsert proqramında iştirak edəcəksiniz.
Festival 3 noyabr 2023-cü il saat 13:00-da Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında meydanda start götürəcək.