𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟏𝟎𝟎𝟎 ə𝐝ə𝐝 𝐲𝐞𝐫𝐥𝐢 𝐭𝐮𝐭 𝐭𝐢𝐧𝐠𝐢 ə𝐤𝐢𝐥𝐢𝐛
27 dekabr 2022 | 12:36
Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunan nailiyyətlərin sırasında kənd təsərrüfatı sahəsinin durduğunu və bu sahənin iqtisadi həyatımızada artan çəkisini, xüsusi olaraq qeyd etmək olar.
Bu sahənin inkişaf etdirilməsi Şəmkir rayonunda da, xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatının aparıcı sahələrindən olan baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində bu gün rayonunda məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunmuş 1000 ədəd tut tingi Düyərli, Sarıtəpə və Kür qəsəbəsi ərazisində təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini isə artıq başa çatmaq üzrədir.
Şəmkir RİH başçısı Rəşad Tağıyev də tinglərin əkinində iştirak edib.
Kümçülərlə söhbətində icra başçısı bildirib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir və bu sahənin rayonda inkişafı gələcəkdə sakinlərin sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına da şərait yaradacaq.