Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒ə𝐲𝐲𝐚𝐫 𝐀𝐒𝐀𝐍 𝐀𝐯𝐭𝐨𝐛𝐮𝐬 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə - noyabr 2023

31 oktyabr 2023 | 16:35

Noyabr ayının 1-dən Səyyar ASAN Avtobus Şəmkirdə vətəndaşlara xidmət göstərəcək.

1 ay ərzində rayonda olacaq "ASAN xidmət"in səyyar avtobusu Şəmkirlə yanaşı, ətraf rayonların da sakinlərinə xidmət göstərir. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak pensiya təyinatı şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilərlər.

Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.

Keçidlər