Bakı-Ağstafa sürətli sərnişin qatarı Dəllər stansiyasında da dayanacaq
19 sentyabr 2023 | 15:27
Oktyabr ayından etibarən Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Sürətli sərniş qatarının Dəllər stansiyasında dayanması ilə əlaqədar qatarın ənənəvi qrafikinə də dəyişiklik edilib.
Belə ki, qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib.