Şriftin ölçüsü :

Saytın rəngi :

Azərişıq xidmətləri artıq mygov-da!

25 sentyabr 2026 | 16:34
 
Azərişıq tətbiqində təqdim olunan xidmət və funksionallıqlar mygov-a inteqrasiya olunur və tətbiq fəaliyyətini dayandırır. Artıq bir sıra elektrik enerjisi xidmətlərindən həm mygov tətbiqi, həm də veb versiyası vasitəsilə yararlana bilərsiniz.
📲 mygov-a inteqrasiya olunan xidmətlər:
🔹Əhali istehlakçısının ad dəyişdirilməsi;
🔹Sayğacın zədələnməsinin araşdırılması üçün müraciətin qəbulu;
🔹Abonentin geniş tarixçəsinin əldə edilməsi;
🔹Smart kartın bərpası və yenisinin verilməsi;
🔹Borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi.
Bununla yanaşı, abonent kodu əsasında oxuma, ödəniş və akt məlumatlarına da mygov üzərindən çıxış mümkündür.
⚡️Azərişıq xidmətləri üçün yeni ünvan artıq mygov-dur!
 
Keçidlər