Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

22 aprel 2024 | 16:59

Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur və pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.
Aprel-may ayları Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrüdür.
Aqrar Sığorta Fondundan bildirilir ki, pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, fırtına, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, müxtəlif xəstəliklərdən qoruya bilərlər.
Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər.
Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.
Əkinlərini sığortalamaq istəyən fermerlər şərtlərlə Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməklə və ya www.asf.gov.az rəsmi səhifəsi vasitəsilə tanış ola, “Sığorta kalkulyatoru” bölməsini seçərək sığorta haqqını özləri də hesablaya hesablaya bilərlər.

https://www.agro.gov.az/az/news/220420241

Keçidlər