Avqustun 21-i və 22-si Şəmkirdə Yay Fest keçiriləcək.
19 avqust 2025 | 11:25
Şəmkirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində sakinlərin asudə vaxtının səmərəli təşkili üçün Yay Fest festivalı başlayır.
21-22 avqust 2025-ci il tarixlərində hər gün saat 19:00-dan etibarən Şəmkir Şəhər Parkında başlayacaq tədbirdə əyləncəli və musiqili proqramlar təşkil olunacaq.
Festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına dəstək verilməsi, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, yaradıcı və təşəbbüskar gəncliyin formalaşdırılmasıdır.






