Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondu Könüllülük Proqramına başlayır

25 sentyabr 2024 | 15:21

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta xidmətləri təqdim edən Aqrar Sığorta Fondu tələbələr və məzunlar üçün Könüllülük Proqramına start verib.
Oktyabr-dekabr aylarını əhatə edən və 3 ay davam edəcək Könüllülük Proqramı iki hissədən – təlim və praktikadan ibarət olacaq.
Könüllülük Proqramına aqrar sığorta mexanizmində iştiraka maraqlı, korporativ mühitdə kommunikasiya qabiliyyətini inkişaf etdirmək istəyən gənclər müraciət edə bilərlər. Könüllülük Proqramına qoşulan şəxslərə proqramda iştirakı barədə Aqrar Sığorta Fondu tərəfindən sertifikat veriləcək.
Şəmkirin ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biri olduğunu nəzərə alaraq tələbə və məzunlarımızın aqrar sığorta mexanizmi sahəsində yeni bilik və bacarıqlar əldə etməsi onların gələcək əmək bazarında layiqli yer tutmasına zəmin yaradacaq.
Proqrama qoşulmaq istəyən şəxslər Aqrar Sığorta Fondunun Şəmkir filialına müraciət edə bilər.

Qeydiyyat: https://lnkd.in/eN3UY_NS 

Keçidlər