Şriftin ölçüsü :

Saytın rəngi :

DİQQƏT! DİQQƏT! - ŞƏMKİRDƏ ÖDƏNİŞSİZ TİBBİ MÜAYİNƏ

19 noyabr 2018 | 16:00

Noyabr ayının 20-si Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü, "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə təşkil olunacaq.

Vətəndaşlar pulsuz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlana biləcəklər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Ödənişsiz tibbi müayinədən keçmək istəyən vətəndaşlar 20 noyabr 2018-ci il tarixdə saat 09:00-dan etibarən Şəmkir şəhər Heydər Əliyev Mərkəzinə müraciət edə bilər.

Keçidlər