Şəmkirdə Novruz bayramı yüksək səviyyədə qeyd olunmuşdur.
Şəmkir şəhəri Bayraq meydanında Novruz bayramı münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı rayon sakinlərini təbrik etmiş onlara öz səmimi arzularını çatdırmışdır. Daha sonra Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini İctimai-siyayi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva çıxış etdi.
Xalqımızın əsrlər boyu yaşadıb gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayramın tarixindən, Azərbaycan xalqının Ulu Öndərinin bu bayrama verdiyi önəmdən, eyni zamanda Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunmasından, cənab İlham Əliyevin Novruz bayramının yüksək şəkildə qeyd edilməsində olan xidmətlərindən danışdı. Sonda Sona Əliyeva Şəmkir rayon sakinlərini bir daha bayram münasibətilə təbrik edərək, hamıya xoş ovqatlar arzuladı.
Tədbirdə Bayram münasibətilə tonqal qalanmış, qədim əl sənəti əsərləri, milli oyunlar, milli şirniyyatlar və xörəklər, Gənclər Mərkəzinin tələbələrinin əl işləri nümayiş olunmuşdur. Şənlikdə Şəmkir Mədəniyyət mərkəzinin öz fəaliyyət kollektivlərinin çıxışı maraqlı rəqs nömrələri ilə davam etmiş , Şəmkir sakinlərinə gözəl ovqat bəxş etmişdir.