Şriftin ölçüsü :

Saytın rəngi :

“08 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbir

08 mart 2014 | 16:00

07.03.2014-cü il tarixdə Şəmkir şəhər Ə.Cavad adına mədəniyyət mərkəzində Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “08 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısı Nazim Veysov qadınlara öz səmimi təbriklərini çatdırdı.
Daha  sonra Şəmkir rayon İcra Hakimiyyəti  Başçısının  müavinləri Fəxrəddin Vəliyev və Sona Əliyeva öz çıxışlarında Azərbaycan qadınının dövlət quruculuğu prosesində fəaliyyətindən, ölkəmizdə aparılan gender siyasətindən və qadınlara göstərilən dövlət qayğısından bəhs edərək, sonda qadınları bir daha təbrik etdilər. Tədbirdə əməkdar həkim Fəxrəndə Sadıqova, H.Ə.Mərkəzinin direktoru Məleykə Əlizadə, Şəmkir rayon Qeydiyyat şöbəsinin müdiri Ruziyyə Allahverdiyeva çıxış edərək qadınları təbrik etdilər, onlara dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə ilboyu rayonun ictimai- siyası və elmi -mədəni inkişafında fəal iştirak edən qadınlara Şəmkir rayon İcra Hakimiyyəti  Başçısı tərəfindən bayram hədiyyələri təqdim olundu.

Keçidlər