Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycançılıq" və "Liderlik" məktəblərinin ilk məşğələsi keçirildi

02 mart 2014 | 16:00

01 mart 2014-cü il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində "Azərbaycançılıq" və "Liderlik" məktəblərinin ilk məşğələsi keçirildi. Bu məktəblərin təşkil edilməsində əsas məqsəd region gənclərinə milli-mənəvi dəyərləri daha dərindən öyrətmək, onlarda Liderlik bacarıqlarını üzə çıxartmaq və fərdi inkişafları ilə məşğul olmaqdır. Məktəblərin dinləyiciləri rayonda işləyən və müxtəlif sahələri təmsil edən gənclərdir. 3 aylıq kursu başa vuran dinləyicilərə diplom təqdim ediləcəkdir.
İlk qonağımız  filologiya elmləri doktoru, ADMİU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və “Liderlikdə Azərbaycan ədəbiyyatının rolu” mövzularında mühazirələr oxumuşdur. Mühazirələr böyük maraq doğurmuş və interaktiv şəkildə keçirilmişdir.
Məşğələdə həmçinin rayon İH başçısının I müavini Qüdrət Əliyev, müavinlər Fəxrəddin Vəliyev, Sona Əliyeva, rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Əsgər Ələsgərov da iştirak etmişdirlər.

Keçidlər