Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir
25.02.2014-cü il tarixində Əhməd Cavad adına mədəniyyət mərkəzində Şəmkir rayon İcra hakimiyyəti və rayon ictimaiyyətinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, Şəmkir rayon YAP təşkilatının rəhbəri Fəxrəddin Vəliyev çıxışında, erməni millətçilərinin etnik təmizləmə və soyqırım siyasətindən, nəinki Xocalıda eləcə də, 1905-1907, habelə 1918-1920-ci illərdə Bakıda,Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər bölgələrində dinc əhalinin soyqırıma məruz qoymalarından və bu ədalətsizliyin dünyaya tanıdılması istiqamətində dövlət başçısının həyata keçirirdiyi tədbirlərdən söz açdı. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Sona Əliyeva öz məruzəsində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı və onun törədilmə səbəbləri haqqında, “Xocalıya Ədalət kompaniyası çərçivəsində görülən işlər , Xocalı faciəsinin dünya olkələri tərəfindən soyqırım kimi tanınması ilə əlaqədar dövlət başçısının fəaliyyəti barədə geniş məlummat verdi. Tədbir Heydər Əliyev fondu tərəfindən hazırlanmış sənədli filmin nümayişi və ədəbi bədii kompozisiya ilə başa çatdı.