Şriftin ölçüsü :

Saytın rəngi :

Qasım İsmayılov kəndində səyyar görüş

23 fevral 2014 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin fəaliyyətinin ana xəttini təşkil edən səyyar görüşlərdən biri fevralın 22-də rayon mərkəzindən xeyli aralıda yerləşən Qasım İsmayılov kəndində keçirilmişdir.
Yeri gəlmişkən deyək ki, Qasım İsmayılov kənd inzibati ərazi dairəsi  üzrə nümayəndəliyi  iki kəndi - Qasım İsmayılov və Qaralar kəndlərini əhatə edir. Kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi kəndin uğurlarını daha  da artırmaq, daim onun qayğıları  ilə yaşamağı da unutmurlar
Görüşü giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyətinin  Başçısı cənab Nazim Veysov dedi ki, biz bu gün Sizinlə görüşə gəlimişik. Belə görüşləri hər yerdə keçiririk. Bu, həm vətəndaşların  hər kiçik məsələ üçün vaxt sərf edib rayon mərkəzinə gəlməsinin qarşısını alır, həm də bizim yerlərdə əlaqələrimizi möhkəmləndirir, bir sıra problemləri yerində həll etməyə kömək edir.
Rayonun əlaqədar idarə, müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə kənd sakinləri güzəranlarının xoş keçdiyini söylədilər. Onlar həlli mümkün olan bəzi məsələlərdən danışmağı da unutmadılar.
Canlı dialoq şəklində keçən səyyar görüş kənd adamlarının sabaha inamını daha da artırdı.

Keçidlər