2.02.2014-cw il tarixind’ Şəmkir rayon İcra Hakimiyyəti, Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Məhəmməd Füzuli adına humanitar-təbiət təmayüllü şəhər tam orta məktəbinin təşəbbüsü ilə "22 illik Xocalı naləsi" adlı anım tədbiri keçiri
22.02.2014-cw il tarixind’ Şəmkir rayon İcra Hakimiyyəti, Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Məhəmməd Füzuli adına humanitar-təbiət təmayüllü şəhər tam orta məktəbinin təşəbbüsü ilə "22 illik Xocalı naləsi" adlı anım tədbiri keçirilmişdir. Məktəblilər Azərbaycana, Xocalıya həsr edilmiş musiqili kompozisiya nümayiş etdirib, şerlər səsləndirərək, vətənpərvərlik ruhunda mahnılar oxuyublar. Tədbirə Goranboyda yerləşən Xocalı şəhər 1 saylı tam orta məktəbin drektor müavini Aydın Həsənov, həmin məktəbin müəllim və şagird heyəti, şəhid ailəsinin üzvləri Məmişova Nazilə, Həsənova Nəzani, İqrar Baxışov dəvət olunmuşdular. Qonaqlar 22 ildir ki, yaşadıqları Xocalı ağrısını, o hadisələrlə bağlı öz təəssürratlarını bölüşüb, şerlər, mahnılar səsləndiriblər. Məktəblilərin hazırladıqları Qarabağ şikəstəsi, Vətənlə bağlı mahnıları tədbir iştirakçılarında böyük təəssürat oyatdı.